Zaqatalada “Milli-mənəvi və dini dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib

Xəbərlər / 22.01.2019 / 12:14

Yanvarın 22-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, rayon Gənclər və İdman İdarəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Gözbarax kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cərullah Mustafayev mənəvi dəyərlərin hər bir insanın həyatında, vətəndaş və şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynadığını qeyd edib. Natiq, eyni zamanda keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb.

Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin öyrənilməsi, adət-ənənələrin qorunub saxlanılması hər bir vətəndaşın müqəddəs borcudur. R.Həsənov müstəqil respublikamızda mövcud olan multikultural dəyərlərdən və dini tolerantlıqdan bəhs edib. 

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən danışıb, dövlət tərəfindən mənəvi dəyərlərin qorunması sahəsində aparılan işlərdən bəhs edib. Radikal dini cərəyanlar və qeyri-ənənəvi təriqətlərdən məlumat verərək, onların yaranması səbəbləri və məqsədləri barədə məlumat verib. 

Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov, RİH başçısının Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ceyhun Hüseynov, Gözbarax bələdiyyəsinin sədri Xalisə Nurayeva mövzu ilə bağlı çıxışlar ediblər.                              

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində birgə qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub

Xəbərlər
29.11.2019 / 17:08
Ətraflı oxu

Kürdəmirdə maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 11:46
Ətraflı oxu

Mübariz Qurbanlı: Bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında ...

Açıqlama
24.12.2014 / 15:00
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:12
Ətraflı oxu

Tərtərdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
16.07.2018 / 17:06
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu