“Multikultural cəmiyyətdə dini radikalizm təhlükəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.08.2018 / 16:02

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Şəki Penitensiar Müəssisəsində “Multikultural cəmiyyətdə dini radikalizm təhlükəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, cəzaçəkmə müəssisəsinin rəis müavininin səlahiyyətlərini icra edən ədliyyə mayoru Elçin Cəfərov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavininin səlahiyyətlərini icra edən ədliyyə mayoru E.Cəfərov dini radikalizmin zərərləri barədə məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunub, bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev dini radikalizmin fəsadları haqqında məhkumlara geniş məlumat verib. Bildirib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini öz məqsədləri üçün təhrif edirlər. T.Abdullayev qeyd edib ki, hazırda ölkəmizdə dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər dini radikalizmlə mübarizədə mühüm rol oynayır.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov dini radikalizmin yaranmasının səbəbləri və təzahür formaları barədə məlumat verib. Radikalizmə qarşı mübarizə metodologiyası ilə bağlı mülahizələrini diqqətə çatdırıb.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Qusarda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.06.2018 / 16:17
Ətraflı oxu

“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə ...

Press-relizlər
27.09.2018 / 12:00
Ətraflı oxu

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
13.03.2019 / 10:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.06.2019 / 14:30
Ətraflı oxu

Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

Xəbərlər
15.11.2018 / 12:12
Ətraflı oxu