Zaqatalada "Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib

Press-relizlər / 15.01.2019 / 15:30

Yanvarın  15-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonunun Əliabad qəsəbə tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən  İlqar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavad Əliyev, RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov və Zaqatala rayonu Əliabad qəsəbə tam orta məktəbin direktoru Şahid Madayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahid Madayev mövzunun əhəmiyyətindən danışıb. 

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov və  RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Həsənov xalqımızın mənəvi dəyərlərinin hər bir vətəndaşın həyatında mühüm yer tutduğunu qeyd edərək gənclərin mənəvi dəyərlərə sadiq olmasının vacibliyini bildiriblər. Natiqlər, eyni zamanda radikal və qeyri-ənənəvi dini cərəyanlar və onların törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev  Azərbaycanda dövlət-din münasibətlərindən, ölkə Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərin qorunması sahəsində gördüyü işlərdən, multikulturalizm və tolerantlıqdan bəhs edib. İ.Vəliyev xalqımızın min illərlə formalaşdırdığı  mənəvi dəyərlərdən danışıb, onların qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

Multikulturalizm
11.11.2016 / 15:17
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
26.09.2019 / 16:34
Ətraflı oxu

Nardaranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
23.11.2017 / 16:25
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu