Masallıda “Mənəvi birlik rəmzi - Qurban bayramı” mövzusunda tədbir keçirilib

Press-relizlər / 20.08.2018 / 15:28

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə avqustun 20-də “Mənəvi birlik rəmzi - Qurban bayramı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov, Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, xalqımız öz milli adət-ənənələrinə həmişə hörmətlə yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı böyük sevinclə qeyd edilir. Artıq Qurban bayramı da, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevrilib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxışında vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin təbliğinə böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramların, həmçinin Qurban bayramının rəsmi surətdə qeyd olunmasına başlanılıb.
Masallı rayonu Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, Masallı “Asan xidmət” könüllüləri qrupunun üzvü Aydan Məmmədova, Masallı rayonu Cəfər Cabbarlı adına Mərkəzi Kitabxana Sisteminin direktoru Ələddin Nəzərov və başqaları çıxışlarında bəşəri-mənəvi dəyərlərimizdən olan Qurban bayramının tarixindən söhbət açıb, onun insanlara həmrəylik, şəfqət və mərhəmət hisslərini aşıladığını bildiriblər.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Press-relizlər
20.12.2018 / 18:00
Ətraflı oxu

İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

İSLAM HƏMRƏYLİYİ İLİ
12.09.2017 / 12:31
Ətraflı oxu

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.09.2019 / 17:06
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
05.10.2018 / 16:01
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.04.2018 / 17:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli ...

Açıqlama
18.06.2016 / 12:43
Ətraflı oxu