Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər / 29.08.2018 / 11:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə təşkilatçılığı ilə DİN Daxili Qoşunlarının Quba rayonundakı “N” saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissə komandirinin müavini Aftandil Budaqov, zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.

Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən hərbi hissə komandirinin müavini A.Budaqov “Şəhadət” filminin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cür ekran əsərləri əsgərlərimizin döyüş ruhunu daha da yüksəldir.

Dövlət Komitəsi sədrinin müavini G.İsmayılov “Şəhadət” sənədli filminin çəkilməsini zəruri edən amillərə toxunub, filmin dini maarifləndirmə işindəki əhəmiyyətindən danışıb. Sədr müavini qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi meyillərin yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından ətraflı bəhs edib. Bildirib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır. Bu cür maarifçilik tədbirləri cəmiyyətin bütün təbəqələrində, o cümlədən hərbi hissələrdə təşkil olunur.

G.İsmayılov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində Bakıda və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib: “Vətənpərvərlik milli mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir və Azərbaycan ordusu işğal olunmuş torpalarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bərdədə “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.02.2018 / 15:50
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2019 / 17:20
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
23.08.2017 / 11:27
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
01.11.2019 / 10:01
Ətraflı oxu

Lerikdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.10.2019 / 16:22
Ətraflı oxu