Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər / 27.12.2018 / 16:11

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb.

Şuranın tərkibinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.

Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranın sədri seçilib.

Məlumat üçün bildiririk ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək, İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək, elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə, beynəlxalq əlaqələrinin qurulmasına, Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.


Son baxılan xəbərlər

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti" mövzusunda ...

Press-relizlər
16.01.2020 / 15:14
Ətraflı oxu

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu

Qaradağda maarifəndirmə tədbiri keçirilib

Press-relizlər
02.05.2018 / 11:06
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Şəkidə “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Press-relizlər
13.05.2017 / 09:30
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.02.2018 / 10:34
Ətraflı oxu