Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər / 26.12.2018 / 16:49

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans dekabrın 26-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı panellə öz işini davam etdirib.

Məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və məktəb psixoloqlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov bildirib ki, ölkəmizdə dövlət quruculuğu prosesləri, dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadiyyatın inkişafının dönməz xarakter alması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O eyni zamanda, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Onun sözlərinə görə, ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Sədr müavini multikultural və tolerant dəyərlərin Azərbaycanın mənəvi sərvəti olduğunu, hazırda ölkəmizin dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrildiyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov da çıxışında dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunub.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Hərb tariximizin şanlı səhifəsi

Press-relizlər
02.04.2018 / 10:05
Ətraflı oxu

Masallıda "Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.02.2020 / 13:53
Ətraflı oxu

Saatlıda “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:31
Ətraflı oxu

“Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
15.04.2021 / 12:35
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu

Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
03.03.2018 / 13:30
Ətraflı oxu