Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qax rayonunda Yay Məktəbi təşkil edilib

Press-relizlər / 30.08.2018 / 12:01

Mənəvi Dəyərlərin Təbliği Fondunun Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət könüllüləri üçün Qax rayonunda üçgünlük Yay Məktəbi təşkil edilib. 
Yay Məktəbində Fondun icraçı direktoru Mehman İsmayılov açılış nitqi ilə çıxış edib. İcraçı direktor çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən M.İsmayılov Fondun yaradılmasının ​bu siyasətin məntiqi nəticəsi olduğunu qeyd edib. İcraçı direktor bildirib ki, mənəvi dəyərlərin qorunması, inkişafı, habelə ölkəmizdə və xaricdə təbliği prioritet məsələdir və gənclərin bu sahədə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov mənəvi dəyərlərin birgəyaşayış ənənəsinin təməlində duran ən vacib amillərdən biri olduğunu diqqətə çatdırıb. Xalqımızda formalaşmış multikultural və tolerant ənənələrin əsas qaynağının mənəvi dəyərlər olduğunu bildirən natiq bu dəyərlərin birləşdirici mahiyyətinin xüsusiyyətləri haqqında geniş məlumat verib. 
Çıxışlardan sonra könüllüləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Yay Məktəbi öz işini müxtəlif mövzuda seminar və müzakirələrlə davam etdirəcək.


Son baxılan xəbərlər

Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
08.11.2019 / 09:50
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

Səyavuş Heydərov: "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur"

Press-relizlər
16.10.2018 / 17:57
Ətraflı oxu

Şəkidə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.04.2017 / 12:37
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:50
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.01.2018 / 16:07
Ətraflı oxu