Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 28.08.2018 / 10:52

Avqustun 28-də Daxili Qoşunların Gəncədəki  N saylı hərbi hissəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi birgə tədbirlər planına uyğun olaraq “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda dini marifləndirmə tədbiri təşkil edib.

Tədbirdə hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini mayor Surxay Gülməmmədov,  DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri  Asif  Əliyev, hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.

Tədbirdə həmçinin DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, mövzu ilə bağlı çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Çıxış edənlər dünyanın bir çox ölkələrinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib,  bildiriblər ki, bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin pozulmasında din amilindən istifadə etmək istəyən qüvvələr var.

Həmçinin bildirilib ki, ölkəmiz dünyəvilik prinsiplərinə əsaslanmaqla multikultural dəyərləri yaşatmaqda və inkişaf etdirməkdədir. Azərbaycan bu sahədə tarixi təcrübəyə malikdir və ölkəmizdə müxtəlif etnik, dini qrupların birgəyaşayış mühiti sağlam təməllər üzərində qurulub. Azərbaycan dövlətinin bu mövzuya hər zaman həssas yanaşdığı vurğulanıb, dövlətimizin multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi bir şəkildə formalaşdırdığı bildirilib

Son baxılan xəbərlər

Ölkəmizdə multikulturalizmin və tolerantlığın əsas amili həm də dinlərin qanun qarşısında bərabərliyidir

Multikulturalizm
05.02.2016 / 15:35
Ətraflı oxu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının ...

Xəbərlər
01.05.2020 / 16:43
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirib

Press-relizlər
24.02.2017 / 15:30
Ətraflı oxu

Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir

Müsahibələr
23.08.2016 / 11:42
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.01.2020 / 16:43
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
20.09.2017 / 16:10
Ətraflı oxu