Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 31.08.2018 / 15:06

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Müdafiə Nazirliyi ilə 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.
Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “Dini radikalizm və İslam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb.


Son baxılan xəbərlər

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Vladimir Fekete: “Roma Papası bütün dünyaya çatdıracaq ki, Azərbaycanı müxtəlif dinlərin nümayəndələrinin yaşadığı tolerant ...

Müsahibələr
27.09.2016 / 11:26
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
12.03.2019 / 12:32
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu