“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər / 04.09.2018 / 15:09

Sentyabrın 4-də Laçın Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, ümumtəhsil məktəblərinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə bildirib ki, hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq ölkəmizdə 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yasin Həsənov “Azərbaycan dövləti daima sülhün təminatçısıdır” mövzusunda məruzə ilə çıxış edib.
Mövzu ilə bağlı çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min nəfərədək dinc sakinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini, bununla da onların yaşamaq hüququndan məhrum edildiyini bəşər tarixinin ən qanlı cinayəti adlandırıblar. Eyni zamanda bildirilib ki, dövlətimiz apardığı sülhməramlı siyasəti ilə bütün dünya ölkələrinə bir nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

10 dini icmaya maliyyə yardımı ayrıldı

Press-relizlər
29.05.2015 / 15:59
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikal qüvvələr din adı altında İslam dininə zərbə vurmağa çalışırlar”

Xəbərlər
11.02.2020 / 15:10
Ətraflı oxu

Gənclər arasında milli-dini dözümlülüyün təbliğinə dair proqramın icrasına start verilib

Press-relizlər
19.01.2018 / 17:00
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Xəbərlər
15.05.2018 / 12:04
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu