İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər / 05.09.2018 / 11:33

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qobustan şəhəri 2 saylı tam orta məktəbində “Sülh aylığı” çərçivəsində “İslam sülh və əmin-amanlıq dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rövşən Məmmədov, məktəbin direktoru Vüsalə Mamedova, müəllimlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov bildirib ki, dini radikalizm beynəlxalq sülhə təhlükə yaradır və ictimai təhlükəsizliyimizə əsas maneələrdən biridir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin sülh dini olmasını vurğulayıb, ölkəmizdə dövlət-din münasibətlərinin məhz həmrəylik və əmin-amanlıq meyarlarına əsaslandığını bildirib.
Daha sonra çıxış edən Qobustan RPŞ-nin rəis müavini R.Məmmədov, məktəbin direktoru V.Mamedova və başqaları İslam dininin mənəvi dəyərlərindən, ölkə başçısının dini konfessiyalara göstərdiyi diqqət və qayğıdan, Azərbaycanda dövlət-din münasibətlərinin dünyaya bir nümunə olmasından bəhs ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar

Press-relizlər
26.08.2016 / 15:45
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Press-relizlər
24.07.2013 / 11:48
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
04.10.2019 / 17:49
Ətraflı oxu

Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
20.11.2018 / 09:47
Ətraflı oxu