Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər / 07.12.2018 / 15:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə dekabrın 7-də öz işini davam etdirib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov qeyd edib ki, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onunla mübarizə üsullarından bəhs edib. S.Salahlı vurğulayıb ki, müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Onun sözlərinə görə, bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. DQİDK sədrinin birinci müavini onu da deyib ki, ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir.

S.Salahlı bildirib ki, gənclərə milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu deyib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini bildirən C.Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Qeyd edib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı altında terror hadisələri törədirlər. Diqqətə çatdırıb ki, gənclərin dini radikalizmdən və ekstremizmdən qorunmaları üçün təhsilin və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizmin və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.


 


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri

Xəbərlər
07.12.2018 / 16:58
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Xəbərlər
15.11.2018 / 17:08
Ətraflı oxu

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.12.2018 / 11:30
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
25.04.2018 / 15:31
Ətraflı oxu

Sabunçuda "Qeyri ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
25.04.2018 / 12:35
Ətraflı oxu

2015-ci il üçün Ramazan ayının təqvimi

Xəbərlər
11.06.2015 / 16:37
Ətraflı oxu