Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 07.12.2018 / 10:59

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Hüsnü Həsənov, cəzaçəkmə müəssisəsinin Əməliyyat Rejim İşləri üzrə rəis müavini mayor Ceyhun Hacıyev və Tərbiyə işləri üzrə rəis müavini polkovnik-leytenant Adil Ağayev iştirak ediblər.

İlk öncə müəssisənin rəisi  polkovnik-leytenant Mayıl Məhərrəmovla görüş keçirilib və müəssisədə olan vəziyyət və görülmüş işlər barədə söhbət aparılıb. Qeyd olunub ki, cəzaçəkmə müəssisəsinin məscidində məhkumların ibadət etmələri üçün şərait yaradılıb və onlar üçün DQİDK tərəfindən nəşrinə razılıq verilmiş dini ədəbiyyatların çatdırılması təmin olunur.

Tədbirdə çıxış edən cəzaçəkmə müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini polkovnik-leytenant Adil Ağayev qeyd edib ki, müəssisədə maarifləndirmə işləri aparılır və bu kimi seminar-treninqlər məhbusların maariflənməsində mühüm rol oynayır.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov dini radikalizm və onun fəsadları, eləcə də ona qarşı mübarizə üsulları haqqında danışıb.

Daha sonra QMİ-nin bölgə qazısı Hüsnü Həsənov “İslamda qul haqqı” mövzusunda geniş çıxış edib. Qeyd edib ki, ibadət etmək və Vətənə sədaqətlə bağlı olmaq müsəlmanın əsas xüsusiyyətlərindəndir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Samuxda “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.04.2018 / 14:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrini qəbul edib

Press-relizlər
01.09.2016 / 17:02
Ətraflı oxu

Zaqatala rayonunda "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda seminar-treninq baş ...

Press-relizlər
25.04.2017 / 17:19
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.02.2018 / 16:26
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
18.04.2018 / 16:31
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu