Göyçayda “Narkomaniya, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 07.12.2018 / 10:23

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay rayon İcra Hakimiyyəti (RİH) və Göyçay rayon Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mübariz Məmmədov adına Göyçay rayonu Potu kənd orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay RPŞ-nin rəis müavini Rövşən Babayev, İctimai təhlükəsizlik şöbəsinin rəisi Polis mayoru Qiyas Beybutov, Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Cavid Məbudov, orta məktəbin direktoru Solmaz Tağıyeva, müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə ölkəmizin ümumiyyətlə bəşəriyyətin gələcəyi olan gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışılıb. Narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi qeyd olunub. Gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu

Siyəzəndə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
30.08.2018 / 11:06
Ətraflı oxu

Dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilir

Press-relizlər
10.01.2018 / 16:39
Ətraflı oxu

Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

Xəbərlər
03.10.2019 / 09:29
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu