Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilir

Press-relizlər / 06.12.2018 / 17:37

Dekabrın 6-da Balakəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)  və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz işinə başlayıb.

Tədbirdə DQİDK-nın rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan qadınlar, eyni zamanda digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov nümunəvi dövlət-din münasibətləri, dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Dini radikalizmin fəsadları barədə də söz açan natiq radikalizmə qarşı mübarizənin ən effektiv yolunun düzgün maarifləndirmə olduğunu bildirib.  F.Nəcəfov, eyni zamanda dini radikalizmə qarşı mübarizədə qadınların roluna toxunub.

Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini radikalizm: mahiyyəti, tarixi, təzahür formaları və onunla mübarizə” adlı təqdimatla çıxış edib. E.Kərimova dini radikalizm anlayışı, dini radikalizmin yaranma səbəbləri, yayılma mühiti, dini radikalların insanları öz sıralarına cəlbetmə üsulları haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, mənfi təsirlərdən qorunmaq, radikalizmin qurbanına çevrilməmək üçün İslamın əsl mahiyyətini öyrənmək, islami dəyərləri olduğu kimi mənimsəmək vacibdir.

Dini radikalizmə qarşı mübarizədə və maarifləndirmədə qadınların xüsusi rolu olduğunu deyən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə “Dini təbliğat və sosial şəbəkələr” adlı təqdimatla çıxış edib. Bildirib ki, dini radikalizm İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Şöbə müdiri dini radikalizmə qarşı mübarizədə xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliğinin güclü vasitə olduğunu vurğulayıb. Gənclərin və yeniyetmələrin sosial şəbəkədən istifadəsi geniş xarakter aldığına görə bu sahəyə daha çox diqqətin ayrılmalı olduğunu deyən Y.Əliyeva dini radikal qrupların sosial şəbəkələrdən istifadə etməklə öz zərərli fikirlərini daha geniş auditoriyaya, əsasən də gənclər arasında yaymağa çalışdıqlarını qeyd edib. Əlavə edib ki, sosial şəbəkələrin imkanlarından istifadə etməklə dini ekstremist çağırışlar edən, məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici materialların sayı artıb. Şöbə müdiri, eyni zamanda, gəncləri bu mənfi tendensiyanın təsirlərindən qorumağın vacibliyinə toxunub.

Daha sonra “Xurafat: necə və nə etməli?” mövzusunda təqdimatla çıxış edən Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva xurafatı yaradan amillər, onun növləri, xurafatın yol aça biləcəyi zərərli əməllərdən danışıb. O bildirib ki, xurafat məhz cəmiyyətdə elm, təhsil, maarifçiliyin zəiflədiyi dövrdə inkişaf etməyə başlayır. Bilgisizlik və elmsizlik xurafatın əsas yaranma səbəbidir. A. Abdullayeva xurafatla mübarizədə ziyalı insanların, xüsusilə qadınların üzərinə çox böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, maarifləndirmə işinin genişləndirilməsi, bu cür tədbirlərin davam etdirilməsi zəruridir. Qeyd edib ki, bu problemlər cəmiyyətin bütün üzvlərini düşündürməlidir. Heç kim radikallığa, xurafata biganə qalmamalı, bu cür halların qarşısının alınması üçün əlindən gələni etməlidir.

Sonda tədbir iştirakçılarına DQİDK tərəfindən nəşr olunan maarifləndirici kitablar paylanılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər
06.12.2018 / 16:44
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

Azərbaycanda dinlər və məzhəblərarası həmrəylik mühiti dünyaya nümunə kimi göstərilir

Press-relizlər
05.12.2018 / 16:32
Ətraflı oxu

Oğuz rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.10.2018 / 16:51
Ətraflı oxu

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər ...

Xəbərlər
16.10.2018 / 12:35
Ətraflı oxu