Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 06.12.2018 / 10:25

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Sığırlı kənd “Fatimeyi-Zəhra” məscidinin mütəvəllisi Seymur Qaybalıyev, C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin direktoru Bəycan Mürşüdov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəycan Mürşüdov dini radikalizmə qarşı maarifləndirmə tədbirlərinin məktəblərdə keçirilməsinin yeniyetmələrin maariflənməsi, milli-mənəvi dəyərlərin, ölkədə mövcud sabit mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə çıxış edən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov beynəlxalq terrorizmin bir qolu kimi dini radikalizmə qarşı mübarizənin qanunvericilik əsaslarını şərh edib.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov mövzu ilə bağlı çıxışında dini radikalizmin yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O, mövzunun aktuallığını qeyd edərək şagirdlərin bu istiqamətdə maariflənməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Daşkəsəndə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
12.10.2018 / 12:11
Ətraflı oxu

Humanizm zirvəsi

Xəbərlər
21.02.2019 / 09:40
Ətraflı oxu

Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər
07.12.2018 / 15:11
Ətraflı oxu

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri

Xəbərlər
07.12.2018 / 16:58
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib

Xəbərlər
15.11.2018 / 17:08
Ətraflı oxu

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.12.2018 / 11:30
Ətraflı oxu