Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər / 06.12.2018 / 10:27

Hazırda dünyada məzhəblərarası dözümsüzlük, qarşıdurma, ayrı-seçkilik və ciddi fəsadlar törədən münaqişələr baş verdiyi halda, Azərbaycanda tolerantlıq və multikulturalizmin, birgə yaşayış ənənəsinin mövcudluğu öz müsbət nəticəsini göstərməkdədir. Ölkəmizdə İslam həmrəyliyi tam bərqərar olub. Artıq Azərbaycan dünyada sülhün, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun güclənməsinə və sülhün bərqərar olunmasına böyük töhfələr verir. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Oğuzda jurnalistlərə müsahibəsində deyib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiya nəticəsində artıq Azərbaycanda müxtəlif məzhəblərin daşıyıcılarının vəhdət halında birgə namaz qıldıqlarını, ibadət etdiklərini vurğulayan Komitə sədrinin müavini bildirib ki, bu, dünyada yeni bir yanaşma, yeni bir təfəkkür, yeni bir modeldir. Artıq dünya birliyi Azərbaycanın bu nailiyyətinə çox böyük dəyər və qiymət verir.

Səyavuş Heydərov deyib: “Hazırda dünyada, xüsusilə Qərbdə nəinki multikulturalizmin, həmçinin tolerantlığın da zəifləməsi müşahidə olunur. Bunun isə alternativi radikal cərəyanlar, radikal hərəkətlər, radikal fəaliyyətlər olacaq. Dünyanın xilası üçün bu gün mükəmməl, sınaqdan keçmiş, təcrübədə özünü göstərmiş Azərbaycan modeli kimi bir modelə ehtiyac var. Ona görə də bu gün dünya birliyi Azərbaycandakı bu vəhdət prinsiplərinə, vəhdət halında ibadətə, namaza çox böyük dəyər verir. Biz də çalışırıq ki, sınaqdan çıxan, nəzəriyyədən təcrübəyə keçən bu modeli daha da zənginləşdirək, təkmilləşdirək və ictimaiyyətə təqdim edək”.

Qurumun rəsmisi bildirib ki, Dövlət Komitəsi “Vəhdət qanımızdadır” filminin nümayişi ilə ölkəmizin tarixini, keçmişini, bu gününü ictimaiyyətə çatdırmaqla, gəncləri yad dini ideologiyaların təsirindən qorumaq üçün genişmiqyaslı maarifləndirmə tədbirlərinə start verib.

Son baxılan xəbərlər

Tehranda “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

İSLAM HƏMRƏYLİYİ İLİ
26.10.2017 / 12:13
Ətraflı oxu

Mingəçevirdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
23.10.2017 / 12:25
Ətraflı oxu

Lənkəranda “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.02.2018 / 16:06
Ətraflı oxu

“Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2018 / 15:54
Ətraflı oxu

Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.05.2019 / 14:35
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
11.07.2019 / 17:00
Ətraflı oxu