Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 05.12.2018 / 12:39

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 18 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Respublikamızda mövcud olan dövlət-din münasibətlərindən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi dinə, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. Diqqətə çatdırıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsi sədrinin birinci müavini onlara daha aktiv olmalarını, ümummilli maraqlardan çıxış etməyi tövsiyə edib. S.Salahlı eyni zamanda, dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin vacilbliyini qeyd edib.

Daha sonra qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Şamaxı rayonu Sabir qəsəbə məscidi dini icmasının sədri Tofiq Nuriyev çıxış edərək dinə dövlət qayğısından danışıb. DQİDK-nın fəaliyyətində dini icmalarla sıx əməkdaşlığa xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirib.


 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələrini qəbul edib

Xəbərlər
23.02.2019 / 12:43
Ətraflı oxu

Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.01.2019 / 17:31
Ətraflı oxu

Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:28
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz İslamı sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik"

Xəbərlər
18.06.2019 / 10:53
Ətraflı oxu

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər
13.10.2018 / 11:22
Ətraflı oxu

Balakəndə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
04.06.2018 / 14:25
Ətraflı oxu