Bərdədə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 30.11.2018 / 15:27

Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon Zümürxan kənd orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, məktəbinin direktoru Bəkurə Ağayeva, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov  bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən  qorunması baxımından əhəmiyyətli rolundan danışıb.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış eden Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini  icra edən Aydın Qasımov uşaqların dini radikalizm təhlükəsindən uzaq durması üçün təhsil amilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini qeyd edib.                  

Tədbirdə Bərdə rayon Zümürxan kənd məktəbinin direktoru Bəkurə Ağayeva dini radikalizmin fəsadları barədə çıxış edərək, uşaqların bu təhlükədən uzaq qalması üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Lənkəranda “Həzi Aslanov 111: Vətənin qəhrəman oğlu” mövzusunda onlayn formatda videokonfrans keçirilib

Press-relizlər
22.01.2021 / 10:58
Ətraflı oxu

FETÖ, neqativ eksternaliya və qeyri-simmetrik informasiya

Xəbərlər
26.08.2016 / 10:33
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.10.2017 / 14:44
Ətraflı oxu

Dövlət Komitəsi: İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən informasiyalar var

Açıqlama
17.10.2017 / 12:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu