Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

Press-relizlər / 27.11.2018 / 15:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişlidə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

İmişlidəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Azərbaycan multikulturalizminin dünyada təbliği – gerçəkləşən siyasi iradənin təcəssümü

Multikulturalizm
01.03.2016 / 09:21
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr
11.11.2016 / 17:32
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi dəyərlərin qorunması xalqımızın gələcəyi üçün vacibdir"

Müsahibələr
26.01.2018 / 17:41
Ətraflı oxu

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları ...

Açıqlama
01.08.2018 / 14:39
Ətraflı oxu

Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər
14.01.2016 / 17:39
Ətraflı oxu