Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər / 27.11.2018 / 15:20

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Müəllimlər, gənclər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqi giriş sözü ilə açan RİH başçısının müavini Naibə Mustafayeva rayondakı dini durum barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, rayon ərazisində dini durum sabitdir, dindarlara və dini icmalara diqqət və qayğı göstərilir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Dini radikalizm və onunla mübarizə yollarından da danışan sədr müavini bildirib ki, hüquq mühafizə orqanları ölkəmizdə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edən amillərdəndir. G. İsmayılov onu da deyib ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Qanunlarında da öz əksini tapıb. DQİDK-nın sədr müavini vurğulayıb ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır.

Gündüz İsmayılov eyni zamanda bildirib ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılması xüsusi önəm daşıyır. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin təbliğində, eləcə də maarifləndirmə işinin aparılmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

Xocasən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 16:55
Ətraflı oxu

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər
27.08.2019 / 15:18
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti" mövzusunda ...

Press-relizlər
16.01.2020 / 15:14
Ətraflı oxu

Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 08:52
Ətraflı oxu

Mingəçevirdə “Dini radikalizm millətimizə və İslam dininə yaddır” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:56
Ətraflı oxu