Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 26.11.2018 / 11:25

Noyabrın 26-da Hacıqabul rayonunda yerləşən daxili qoşunların "N" saylı hərbi hissəsində maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən hərbi hissənin komandiri polkovnik Etibar İlyasov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Eyni zamanda “Şəhadət” sənədli filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

DQİDK sədrinin müavini Gündüz İsmayılov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq çıxışında qeyd edib ki, respublikamızda dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəlib.

Milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri olan dini radikalizmin fəsadlarından da bəhs edən G.İsmayılov bildirib ki, bəzi qrupların din adı altında xüsusən gənclərimizi çirkin məqsədlərinə alətə çevirməsinə və Azərbaycan gənclərinin bu məqsədlərə qurban getməsinə heç bir vəchlə imkan vermək olmaz. Onun sözlərinə görə, İslam dininin siyasiləşdirilməsi cəhdləri onun terror və müharibədə qorxulu silaha çevrilməsinə səbəb ola bilər. İslamın sağlam təməllərinin əsas götürülməsinin önəminə toxunan sədr müavini bunun sayəsində bir çox problemli məsələlərin asanlıqla öz həllini tapa biləcəyini deyib. Diqqətə çatdırıb ki, bunun üçün, ilk növbədə, İslam dini siyasətdən uzaqlaşdırılaraq sırf elmi-mədəni müstəvidə öz inkişafını tapmalıdır. Bu gün İslam mədəniyyətinin, İslamın elmi gücünün ön plana çıxarılması, problemlərin silah gücü ilə deyil, qarşılıqlı anlaşma və tam elmi əsaslarla həll edilməsi dünyadakı bir çox münaqişə ocaqlarını söndürməyə qadirdir.

Sonda zabit və əsgərlərin sualları cavablandırılıb.


Son baxılan xəbərlər

“Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
27.09.2018 / 14:25
Ətraflı oxu

Zaqatalada “İslam: ənənə və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.09.2016 / 16:13
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Mübariz Qurbanlı: "2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və ...

Müsahibələr
28.12.2020 / 16:42
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda regional konfrans öz işini ...

Xəbərlər
07.12.2018 / 16:44
Ətraflı oxu

Mübariz Qurbanlı “Sovetski”də məscidlərin sökülməsinə aydınlıq gətirib

Açıqlama
12.04.2017 / 17:45
Ətraflı oxu