
Press-relizlər / 16.11.2018 / 16:28
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 2018-ci ildə keçirilməsi planlaşdırılan seminar-treninqlər davam edir. Növbəti tədbir noyabrın 15-də 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Maarifləndirici tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Orxan Musayev, Cəzaçəkmə müəssisəsinin məsul əməkdaşı Sərvət Şükürov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əli Həziyev və Bakı şəhəri “Qasımbəy” məscidinin imamı Samir Ağayev iştirak ediblər.
Tədbirdə Bakı şəhəri “Qasımbəy” məscidinin imamı Samir Ağayev “İslamda insan haqqı” mövzusunda çıxış edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev isə çıxışında penitensiar müəssisələrdə yaradılan ibadət evlərinin və kitabxanaların yüksək səviyyədə olmasının islah və tərbiyə işində, məhkumların mənəvi dünyasının zənginləşməsində faydalı olduğunu bildirib. Natiq həmçinin Azərbaycandakı mövcud dövlət-din münasibətləri, dindarlar üçün ölkədə yaradılmış şərait barədə məlumat verib.
Seminar-treninqdə məhkumlarla geniş diskussiya aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.