Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib

Xəbərlər / 15.11.2018 / 15:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

Dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirdi ki, ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirdi ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstərmişlər.

Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd etdi və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini dedi.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons Azərbaycana üçüncü dəfə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin idmana, o cümlədən paralimpiyaçılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi və bu münasibətlə beynəlxalq paralimpiya hərəkatı adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Endrü Parsons Azərbaycanda paralimpiyanın inkişafının bir nümunə olduğunu vurğuladı.

 

Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:12
Ətraflı oxu

Zaqatalada “Dini radikalizm və ekstremizm gələcək üçün təhlükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.10.2019 / 15:07
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Press-relizlər
24.05.2019 / 09:31
Ətraflı oxu

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...

Xəbərlər
27.06.2018 / 10:50
Ətraflı oxu

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu

Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2019 / 16:06
Ətraflı oxu