Səyyad Salahlı: "Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır"

Xəbərlər / 13.11.2018 / 17:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük seminar-müşavirə noyabrın 13-də öz işini davam etdirib.

Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. Natiq eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. A.Babayev onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən bəhs edib. S. Salahlının sözlərinə görə, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri dostluq, sülh şəraitində yaşayırlar. Sədrin birinci müavini respublikamızdakı Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı onu da bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizədir. O deyib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.

Səyyad Salahlı dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır.

Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikalizm və ekstremizmin cəmiyyət üçün təhlükələrindən danışıb. C.Əlifzadə radikalizm və ekstremizmin yayılması və gəncləri öz təsiri altına almasının qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkib, İslamın insanlara düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Bakıda "Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilib

Xəbərlər
26.08.2019 / 15:32
Ətraflı oxu

Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.10.2018 / 10:27
Ətraflı oxu

Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər
11.11.2016 / 16:51
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Balakəndə “Dini radikalizm milli-mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.07.2019 / 17:27
Ətraflı oxu

Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu müzakirə edilib

Press-relizlər
07.04.2017 / 11:16
Ətraflı oxu