Salyanda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir keçirilir

Press-relizlər / 12.11.2018 / 17:55

Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni açan RİH başçısı Sevindik Hətəmov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Rayon İcra Hakimiyyətinin başçısı deyib ki, respublikamızda vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

Sevindik Hətəmov rayondakı dini durum barədə də məlumat verib. İH-nin başçısı, eyni zamanda qeyd edib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi olduqca əhəmiyyətlidir.

İştirakçıları 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edən DQİDK sədrinin birinci müavini S.Salahlı bildirib ki, respublikamızda Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin inkişaf etdirilməsi sahəsində dönüş yaranıb. Onun sözlərinə görə, ölkədə dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. S.Salahlı deyib ki, Azərbaycanda tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Dini radikalizm və ekstremizm hallarından da danışan Dövlət Komitəsi sədrinin birinci müavini cəmiyyət üçün təhlükəli olan zərərli dini cərəyanların qarşısının alınması üçün dini maarifləndirməyə böyük ehtiyac olduğunu bildirib və bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirdiyini diqqətə çatdırıb. Natiq, həmçinin dini radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov qeyd edib ki, İslam dini tarixən dilindən, irqindən və sosial mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanları bir bayraq altında birləşdirib. İslam digər səmavi dinlərin nümayəndələrinə də insanpərvərlik prinsiplərinə zidd davranmağı qadağan edib. QMİ-nin qazısı dini radikalizmin və ekstremizmin dinimizdəki vəhdətə təhlükə olduğunu da qeyd edib.


Son baxılan xəbərlər

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Astarada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
10.07.2018 / 15:45
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
14.02.2018 / 14:59
Ətraflı oxu

Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Arxiv
03.12.2016 / 13:25
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri Yaqut Əliyeva: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

Press-relizlər
21.09.2020 / 10:04
Ətraflı oxu

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu