Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər / 07.11.2018 / 16:40

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Bayraq muzeyində “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba və Qusar rayonları üzrə səlahiyyətli nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz rayonlarının din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycanda 9 noyabr tarixi hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur. T.İbrahimov Dövlət bayrağının yaranma tarixindən və atributun mənasından söz açıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, bayraq hər bir dövlətin atributu olmaqla yanaşı, şərəf və qürur mənbəyidir. Azərbaycanın din xadimləri hər zaman dövlət bayrağına hörmətlə yanaşıb, onun müqəddəsliyini dini məclislərdə, xütbələrdə xüsusi şəkildə vurğulayıblar.

QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov bildirib ki, İslam dinində bayraq müqəddəs hesab olunur və cümə xütbələrində vətənpərvərlik mövzularına xüsusi yer ayrılır.

QMİ-nin Quba bölgəsi üzrə qazılığının əməkdaşı Anar Eyyubov qeyd edib ki, qazılıq vaxtaşırı dövlət atributlarının təbliği sahəsində dindarların iştirakı ilə maarifləndirici tədbirlər təşkil edir.

Daha sonra din xadimləri muzeylə tanış olub, xatirə şəkilləri çəkdiriblər


Son baxılan xəbərlər

Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib

Press-relizlər
22.06.2018 / 18:19
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər
30.07.2019 / 15:07
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.09.2018 / 15:27
Ətraflı oxu

Milli dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
24.12.2019 / 09:55
Ətraflı oxu