
Press-relizlər / 07.11.2018 / 14:25
Noyabrın 7-də Tovuz rayon Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Tovuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev,Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər evinin direktoru Rauf Rüstəmov, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı İlham Məmmədov və gənclər iştirak ediblər.
Tədbirdə gənclərin bugünkü gündə cəmiyyətimizdəki yeri, onların dini radikalizm, ekstremizmə qarşı mübarizədə rolu, dini ekstremizmə qarşı rayonda aparılan tədbirlər və Azərbaycanda gənclərə yaradılan imkanlardan danışılıb.