Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Press-relizlər / 06.11.2018 / 10:15

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Teymurbəy Bayraməlibəyov adına Yeddioymaq kənd tam orta məktəbində “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, məktəbin müəllim və şagirdləri iştirak etdiyi tədbiri məktəbin direktoru Faiq Axundov açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında gənclərimiziin milli ruhda və mənəvi cəhətdən tərbiyə olunmasında din xadimlərinin və ağsaqqalların da üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.Natiq onu da qeyd edib ki, gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərlər baxımından tərbiyə etmək lazımdır. Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov isə çıxışında bu gün bəşəriyyəti narahat edən, cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniyadan bəhs edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.12.2019 / 17:11
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib

Xəbərlər
17.05.2019 / 15:50
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.07.2018 / 16:42
Ətraflı oxu

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Xəbərlər
19.03.2019 / 10:57
Ətraflı oxu

Xəbərlər
11.02.2019 / 10:51
Ətraflı oxu