Sumqayıtda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 06.11.2018 / 15:25

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zəngilan rayon 8 nömrəli tam orta məktəbdə “Şagirdlərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, 8 nömrəli məktəbin direktoru Tofiq Heydərov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiq Heydərov dövlətin məcburi köçkün məktəblərinə göstərdiyi qayğıdan danışıb.

Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev dövlətin dinə və dindarlara göstərdiyi qayğıdan bəhs edib. O, həmçinin gənclərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yollarından danışıb.  

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov dini radikalizmin yayılma metodlarından və ona qarşı mübarizə vasitələrindən söhbət açıb. Qeyd edib ki, gənclər təhsil alaraq özlərinə, ailələrinə, dövlətə və cəmiyyətə faydalı insan ola bilərlər.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Aşura” mərasimlərində ənənəvilik və müasirlik prinsiplərinə riayət olunmalıdır

Press-relizlər
05.09.2018 / 11:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər
04.11.2014 / 15:20
Ətraflı oxu

Tovuzda “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.11.2018 / 14:25
Ətraflı oxu

Zaqatalada dini radikalizmlə mübarizədə təhsilin rolu müzakirə edilib

Press-relizlər
14.02.2017 / 16:17
Ətraflı oxu

“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 09:20
Ətraflı oxu

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz ...

Press-relizlər
03.10.2018 / 16:47
Ətraflı oxu