Lənkəranda “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib

Press-relizlər / 01.11.2018 / 17:00

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib.

Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Elman Rzayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Boladi kənd 1 saylı tam orta məktəbin direktoru Elman Rzayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. E.Həmidli əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədi gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. R.Hüccətov şagirdlərin elmə, təhsilə yiyələnməsinin vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu

Cocuq Mərcanlıda maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
24.02.2018 / 13:16
Ətraflı oxu

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Goranboyda “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib

Xəbərlər
23.04.2019 / 16:26
Ətraflı oxu

Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.01.2018 / 13:59
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu