Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlər davam edir

Press-relizlər / 03.08.2015 / 17:37

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri avqustun 2-də Cəlilabad şəhər “Cümə” məscidi dini icmasında “Narkomanlığa qarşı mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov, QMİ-nin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Cəlilabad şəhər “Cümə” məscidi dini icmasının sədri Mahmud Əsgərov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və digər zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib.
Tədbirdə daha sonra BDU-nun müəllimi Aqil Şirinov, həkim Gülhüseyn Hüseynov çıxış ediblər.
                                                                                                                                                     ***
Avqustun 2-də Masallı rayonunun Aşurlu kənd məscidi dini icmasında “Zərərli vərdişlərlə mübarizədə dini və milli dəyərlərin rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Layihənin açılış tədbirində DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, ekspert qismində BDU-nun müəllimi Aqil Şirinov, Masallı RİH-in ərazi nümayəndəsi Loğman Şahbazov, Aşurlu kənd məscidi dini icmasının sədri Məhərrəməli Əbilov, dini icmanın üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH-in Bədəlan ərazi nümayəndəsi Loğman Şahbazov, bölgə qazısı Mirqiyas Təhməzov,  eləcə də Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov çıxış ediblər.

***
İyulun 30-da Zaqatala rayonu Sumaylı kənd məscidi dini icması tərəfindən “Gənclərimizin zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib. Layihənin açılış tədbirində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala rayonu Göyəm kənd ərazi dairəsi üzrə nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayonu Göyəm kənd bələdiyyəsinin sədri Məhəmməd Əhmədov, Zaqatala rayonu Sumaylı kənd məscidi dini icmasının sədri və məscidin imamı Fərhad Məmmədov, kənd gəncləri, ziyalılar, təhsil işçiləri və dindarlardan ibarət 70 nəfər iştirak ediblər.
Əvvəlcə icma sədri F. Məmmədov layihə barədə geniş məlumat verərək, o, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu layihənin əhəmiyyətindən danışıb. Tədbirdə həmçinin, QMİ-nin səlahiyyətli nümayəndəsi Rasim Musayev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov çıxış ediblər.

 ***
İyulun 31-də Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidinin "Gənclər arasında dini maarifləndirmə kursunun təşkili" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda, iyulun 27-də isə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi dini icmasının həyata keçirdiyi“Gənclərin dini maarifləndirmə kursunun təşkili” layihəsi çərçivəsində “Dini radikalizmlə mübarizə” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları, dini icma sədrləri və gənclər iştirak ediblər. Hər iki tədbirdə qeyd olunub ki, bu cür layihələr gənclərin maarifləndirilməsində, dini radikalizmlə mübarizədə öz müsbət təsirini göstərir. Çıxış edənlər icmalara ayırdığı diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildiriblər.
 
 
 


Son baxılan xəbərlər

Dataş Noriko: Azərbaycan müxtəlif mədəniyyətlərin sıx vəhdətdə yaşadığı müasir, tolerant ölkədir

Multikulturalizm
07.10.2016 / 09:34
Ətraflı oxu

Masallıda dini icma sədrləri və dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 14:18
Ətraflı oxu

İSESCO ilə münasibətlər İslam həmrəyliyinin real nümunəsidir

İSLAM HƏMRƏYLİYİ İLİ
10.02.2017 / 09:30
Ətraflı oxu

Oğuzda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.02.2020 / 14:29
Ətraflı oxu

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu

Saatlıda din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn tədbir keçirilib

Press-relizlər
21.08.2020 / 12:58
Ətraflı oxu