Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatı yaradılıb

Press-relizlər / 31.10.2018 / 09:50

Oktyabrın 30-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)  Əhməd Cəmil 41 ünvanında Yeni Azərbaycan Partiyasının (YAP) ilk özək təşkilatının yaradılması ilə bağlı iclas keçirilib.

Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Aİİ-nin rektoru Ceyhun Məmmədov, İnstitutun partiyaya üzvlük üçün müraciət edən müəllim və işçi heyəti iştirak ediblər.

Aİİ rektoru C.Məmmədov bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Rektor Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. C.Məmmədov onu da vurğulayıb ki, hər birimiz özümüzü dövlətin əsgəri hesab edirik və göstərilmiş etimadı doğrultmaq üçün Aİİ heyəti olaraq var gücümüzlə çalışırıq.

İclasda çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Tağı Əhmədov Azərbaycan İlahiyyat İnstitutunda YAP-ın ilk partiya təşkilatının yaradılması münasibətilə Aİİ kollektivini təbrik edərək, hər bir üzvə dövlət quruculuğunda, Azərbaycan naminə fəaliyyətlərində uğurlar diləyib.

İclasda Aİİ-nin Yeni Azərbaycan Partiyasının özək təşkilatının İdarə Heyətinin üzvləri müəyyənləşib və sədr seçilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Xəbərlər
22.10.2018 / 17:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi DSX ilə birgə seminar-treninq keçirib

Press-relizlər
20.11.2019 / 13:47
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
02.11.2018 / 17:05
Ətraflı oxu

“Milli -mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.

Press-relizlər
26.12.2014 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş ...

Press-relizlər
16.07.2018 / 17:52
Ətraflı oxu

Qusarda “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 14:40
Ətraflı oxu