Astarada “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər / 30.10.2018 / 17:11

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Astara rayonu Şahağacı kənd Davud Əsədov adına 2 saylı tam orta məktəbində “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Fizuli Nəzərov, Şahağacı kənd Davud Əsədov adına 2 saylı tam orta məktəbin direktoru Sakit Mürsəlov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sakit Mürsəlov çıxışında uşaqların hüquqlarının qorunmasına dövlətimizin xusüsi əhəmiyyət verdiyini və keçirilən tədbirlərin onların öz hüquqlarını bilmələri baxımından böyük rol oynadığını bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında erkən nikah və onun cəmiyyətimiz üçün mənfi fəsadları haqqında danışıb. T.Həsənzadə müasir dövrdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərləri qeyd edərək məktəbliləri erkən nikahdan uzaq olmağa çağırıb. Dövlətin  yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan natiq mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin  insanları təhsilə, elmə, həmrəyliyə çağırdığını, dini radikalizmə və erkən nikaha “yox” dediyini vurğulayıb.

Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev çıxışında uşaqların təhsil hüququ haqqında ətraflı məlumat verərək, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib. Keçirilən tədbirin əhəmiyyətindən danışan B.Əliyev yeniyetmə və gənclərin dövlətin və millətin gələcəyi olduğunu, ölkəmizdə gənclərə böyük qayğı göstərildiyini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir"

Press-relizlər
26.08.2019 / 16:00
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

İsmayıllıda "Dini radikalizm, zərərli vərdişlər və erkən nikah" mövzusunda tədbir keçirilib

Press-relizlər
22.05.2018 / 16:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.06.2019 / 14:30
Ətraflı oxu

Yardımlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.10.2019 / 15:40
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

Müsahibələr
22.02.2017 / 16:35
Ətraflı oxu