Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 30.10.2018 / 15:54

Oktyabrın 30-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı  bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad regional mərkəzi və Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbinin birgə təşkilatçılığı ilə Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində, “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu “ mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, mərkəzin baş məsləhətçisi Xalid Şəmili, Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbin direktoru Namik Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sakit Tağıyev adına Masallı şəhər 4 saylı Digah tam orta məktəbin direktoru Namik Ağayev qeyd etdi ki, ölkəmizdə  insan hüquq və azadlıqlarının qorunması  dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirdi ki, ölkəmiz ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir. Belə ki, Azərbaycan Respublikası 21 iyul 1998-ci il tarixli və 236 nömrəli qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edib. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın protokollarını imzalayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi ABŞ-ın məşhur xəbər portalında dərc edilib

Xəbərlər
03.09.2020 / 13:10
Ətraflı oxu

Ceyhun Məmmədov: “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”

Press-relizlər
11.12.2018 / 16:37
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu

“Pandemiya şəraitində dini mərasimlər” mövzusunda onlayn görüş keçirilib

Xəbərlər
28.08.2020 / 12:41
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 16:30
Ətraflı oxu