Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 29.10.2018 / 16:50

Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Elton Əkbərov adına şəhər 2 saylı tam orta məktəbdə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Göyçay RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov qeyd edib ki, bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, dövlət ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov mövzu ilə bağlı çıxışında bildirib ki, hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin böyük rolu olduğunu  qeyd edən natiq uşaq hüquqlarının qorunmasının təkcə dövlətin deyil, həm də cəmiyyətin işi olduğunu vurğulayıb.

Sonda  fikir mübadiləsi aparılıb və tədbir iştirakçilarının sualları ətraflı cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
18.04.2018 / 17:58
Ətraflı oxu

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama
27.11.2014 / 11:19
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu