Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Press-relizlər / 29.10.2018 / 16:26

Oktyabrın 29-da ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti Heydər məscidi ilə tanış olub.

Qonaqlara bildirilib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12.000 kvadratmetr ərazidə tikilib.  Möhtəşəm memarlıq əsərinin fasadında və daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. 4 minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Nümayəndə heyətinə, eyni zamanda məsciddə qılınan vəhdət namazları barədə məlumat verilib. Heydər məscidində vəhdət namazının artıq ənənə halını aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu vurğulanıb.

Daha sonra Bakıdakı “Dağ yəhudiləri”nin sinaqoqunu və Rus Proslav kilsəsini ziyarət edən qonaqlar ölkəmizdə mövcud olan tolerantlıq və multikultural mühiti, eyni zamada dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndiriblər.

 


Son baxılan xəbərlər

Din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri

Press-relizlər
17.01.2018 / 17:57
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.11.2019 / 12:40
Ətraflı oxu

Qubada Azərbaycanlıların soyqırımına həsr edilmiş dəyirmi masa keçirilib

Press-relizlər
15.03.2018 / 16:37
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Mübariz Qurbanlı: “İslamda dini bayraqlar yoxdur”

Açıqlama
04.12.2015 / 14:58
Ətraflı oxu