Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib

Press-relizlər / 29.10.2018 / 11:49

Oktyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində oktyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyinin, müəllim heyətinin və digər əməkdaşların iştirak etdiyi tədbirdə təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri də müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılıb. Rektor Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirlən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.

C.Məmmədov Aİİ-nin məqsəd və hədəflərindən danışıb. Bu mərhələyə qədər İntitutun tədris ilinə hazırlığı ilə tələb olunan-strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılması ilə bağlı bütün işlərin uğurla həyata keçirildiyini bildirən rektor qarşıda duran vəzifələri diqqətə çatdırıb. C.Məmmədov vurğulayıb ki, İnstitutun əsas məqsədi zəngin dünyagörüşə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir. O, bu məqsədlərə nail olmaq, dövlətimiz tərəfindən göstərilən etimadı doğrultmaq üçün bütün kollektivi daha da əzmkar olmağa və tələbələrlə davamlı ünsiyyətə çağırıb.

Tədbirdə təhsil müəssisənin daxili nizam-intizam qaydaları, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan və görülməsi vacib olan digər məsələlər geniş müzakirə olunaraq, bir sıra vacib qərarlar qəbul olunub.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
03.06.2019 / 14:30
Ətraflı oxu

Dövlət Komitəsi bölgələrdə falçılığa qarşı yoxlamalara başlayıb

Xəbərlər
16.08.2016 / 18:19
Ətraflı oxu

Mübariz Qurbanlı: Yer üzünə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə ...

Xəbərlər
21.10.2020 / 10:15
Ətraflı oxu

Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi

Multikulturalizm
03.05.2016 / 09:04
Ətraflı oxu

Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
13.02.2019 / 17:24
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu