Dövlət Komitəsinin sədri: "Azərbaycanın tolerant mühitinin dünya üçün nümunə olduğunu deməyə haqqımız var”

Xəbərlər / 26.10.2018 / 09:35

Azərbaycanda dinlərarası tolerantlığın kökündə ilk növbədə ölkəmizin keçdiyi tarixi yol, Azərbaycan xalqının mentaliteti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət durur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Azərbaycanda dini tolerantlıq" mövzusunda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan xalqının formalaşdığı bu areal müxtəlif dinlərin, mədəniyyətlərin təmas nöqtəsi olub:

“Azərbaycan xalqı Qafqazda sayca üstünlük təşkil edən xalqdır. Eyni zamanda, burada daimi yaşayan xalqdır. Qafqazda zərdüştlük, tanrıçılıq, xristianlıq, yəhudilik təşəkkül tapıb. Birgəyaşayış tarixən formalaşdığına görə zorakı metoda əl atılmadan ölkəmizdə müxtəlif xalqlar bir-birinə alışıblar. Azərbaycan xalqının yaşayış mühiti, alicənablıq, qonaqpərvərlik milli dəyərləri nəsildən-nəslə ötürülüb. Bu gün də Azərbaycan ailəsi nə dini, nə etnik baxımdan öz övladını başqa dinə və xalqa qarşı nifrət ruhunda tərbiyə etmir. Ermənistan ölkəmizə təcavüz edib, ərazimizi işğal edib, lakin bu gün Bakıda erməni kilsəsi var, Azərbaycan xalqı da buna tolerant yanaşır. Tolerantlığın üçüncü şərti dövlət siyasətidir. Azərbaycan Xalq Cümhuriyyətində də bu ənənə var idi, Sovet dövründə kommunist təsiri altında olsaq da, xalqın ənənələri sıradan çıxmamışdı, bu gün dünyəvilik Azərbaycanda dinlər arasında bərabərliyin təsbitidir”.

M.Qurbanlı bildirib ki, əhalinin 96 faizi müsəlman olsa da, Konstitusiyada Azərbaycanın dini mənsubiyyəti yazılmayıb:

“Konstitusiya dinlər arasında fərq qoymur. Dövlətin dini icmalara yardımında bərabərlik müşahidə edilir. Azərbaycanda sinaqoqları da, katolik kilsəsini də dövlət tikir. Prezident İlham Əliyev tolerantlıq siyasətini uğurla davam etdirir. Ona görə ölkəmizdə 843 dini icmanın 31-i qeyri-müsəlman icmasıdır və icmalar arasında həmrəylik var. Azərbaycanın tolerant mühitinin dünya üçün nümunə olduğunu deməyə haqqımız var”.

axar.az

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xəbərlər
27.02.2020 / 14:42
Ətraflı oxu

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu

Bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
31.07.2015 / 14:53
Ətraflı oxu

Qaradağ rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
20.08.2019 / 17:14
Ətraflı oxu

Özbəkistan portalında Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edilib

Multikulturalizm
25.11.2016 / 15:52
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu