Press-relizlər / 25.10.2018 / 17:41
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Tədbirlər Planına əsasən, məhkumların dini maarifləndirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində keçirilən tədbirlər davam etdirilir. Növbəti maarifləndirmə tədbirləri oktyabrın 25-də 10 və 11 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
Tədbirlərdə cəzaçəkmə müəssisələrinin rəis müavinləri Faiq Qarayev, Emin Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəzərov, ilahiyyatçı Ceyhun Rüstəmov və Penitensiar Xidmətin əməkdaşı Orxan Musayev iştirak ediblər.
Hər iki tədbirdə İslam dininin həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etdiyi, qəzəb, riyakarlıqdan uzaq olduğu vurğulanıb. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.