“Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirilib

Press-relizlər / 25.10.2018 / 17:41

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirib.

Tədbirdə institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov institutun maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə müxtəlif seminarların təşkil edildiyini söyləyib, mövzunun din tariximiz baxımından vacib olduğunu vurğulayıb. A.Şirinov yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu bildirərək, tarixən ölkə ərazisində müxtəlif yəhudi icmalarının digər dinlərin nümayəndələri ilə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib. Azərbaycanda Dağ, Avropa və gürcü yəhudi icmalarının fəaliyyət göstərdiyini qeyd edən A.Şirinov ölkəmizdə anti-semitizmin heç vaxt mövcud olmadığını bildirib. A.Şirinov, həmçinin Aİİ-də yəhudiliyin tarixi və teoloji əsasları ilə əlaqəli fənlərin, eləcə də ibri dilinin tədris olunduğunu nəzərə çatdırıb.

Sonra tarix üzrə fəlsəfə doktoru Liya Mikdaşeva "Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda məruzə ilə çıxış edib. L.Mikdaşeva Qafqazda yəhudilərin məskunlaşma tarixinə toxunub. Qeyd olunub ki, Dağ yəhudiləri adlanan cühurilər, əsasən, Şərqi və Şimali Qafqazda yaşayıblar. Tarixçi bildirib ki, Dağ yəhudiləri bu bölgəyə eramızın V əsrində İrandan köçüb, İrana isə eradan əvvəl VII əsrdə  gəliblər.

L.Mikdaşeva XVIII əsrin ikinci yarısında Quba xanının qəyyumluğunda  Dağ yəhudilərinə sığınacaq verildiyini bildirərək, MDB ölkələrində onların ən yaxşı demoqrafik vəziyyətinin  Azərbaycanda olduğunu qeyd edib. Məruzədə 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı ətrafında  və Quba şəhərinin  25 kilometrliyində VII əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqlarının tapıldığı haqqında məlumat verilib. Daha sonra qeyd olunub ki, Azərbaycanda yaşayan Dağ yəhudiləri adət-ənənələrinə bu gün də riayət edirlər.

Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.


Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbirlər davam etdirilir

Press-relizlər
18.01.2018 / 15:43
Ətraflı oxu

ABŞ diplomatı: “Azərbaycanda müxtəlif din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiqdir”

Press-relizlər
09.08.2019 / 10:06
Ətraflı oxu

Saatlı rayonunda dini icma sədrlərinin və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib

Press-relizlər
27.11.2020 / 16:25
Ətraflı oxu

Samuxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
09.07.2018 / 17:09
Ətraflı oxu

10 dini icmaya maliyyə yardımı ayrıldı

Press-relizlər
29.05.2015 / 15:59
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu