Lerikdə "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.10.2018 / 10:58

 

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta məktəbində "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov, Vizəzəmin kənd tam orta məktəbinin direktoru Əlisa Əbilov, dini icma sədrləri, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran  bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları barədə geniş məlumat verib. Q.Məmmədov zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışında İslam dininin xeyirxahlıq, mərhəmət və həmrəylik dini olduğunu, bütün bəşəriyyəti sülhə səslədiyini bildirib.

DQİDK-nın Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında radikal dini qruplar, onların təbliğat metodları və həmin qruplara qarşı aparılan mübarizə yolları haqqında məlumat verib.

Tədbirdə gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyi də vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Diplomat: “Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynaya bilir”

İSLAM HƏMRƏYLİYİ İLİ
26.04.2017 / 12:20
Ətraflı oxu

Zaqatalada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2020 / 15:12
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
07.12.2018 / 10:59
Ətraflı oxu

Azərbaycanda yeni “Moizələr və xütbələr” kitabı nəşr olunub

Press-relizlər
06.09.2017 / 16:59
Ətraflı oxu

Ceyhun Məmmədov: “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”

Press-relizlər
11.12.2018 / 16:37
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Xəbərlər
18.02.2020 / 15:25
Ətraflı oxu