“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 23.10.2018 / 14:56

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 70 saylı tam orta məktəbdə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Günel Zahidova, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, inspektor, polis baş leytenantı İlahə Balayeva, məktəbin direktoru Nazim Qasımov və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazim Qasımov Azərbaycanda formalaşmış tolerantlıq ənənələrindən bəhs edib, mövzu ilə bağlı şagirdlərə müxtəlif tövsiyələr verib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dini radikalizm, ekstremizm və terrorizm məfhumlarının mahiyyətindən bəhs edib, dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nizami Rayon Polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili şöbəsinin inspektoru, polis baş leytenantı İlahə Balayeva öz çıxışında Azərbaycanın müstəqillik tarixindən bəhs edib, din və vicdan azadlığı kimi mövzulara toxunub.

Sonda DQİDK-nın sifarişi lə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bunu qorumalıyıq

Müsahibələr
16.04.2016 / 13:13
Ətraflı oxu

"Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu"

Müsahibələr
23.12.2016 / 16:31
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:38
Ətraflı oxu

Saray məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
10.01.2018 / 16:31
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər”

Press-relizlər
24.05.2018 / 17:24
Ətraflı oxu

Lerikdə Aşura mərasimlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
01.09.2019 / 09:23
Ətraflı oxu