Ağdamda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 05.09.2018 / 12:56

Sentyabrın 5-də Ağdam Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsi 135 saylı məktəbdə “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, RİH başçısının Yeni İmamqulubəyli qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev, dindarlar və ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev bildirib ki, respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
Məruzə ətrafında DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, RİH başçısının Yeni İmamqulubəyli qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev çıxış ediblər. Çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min nəfərədək dinc sakinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirilərək yaşamaq hüququndan məhrum edildiyini bəşər tarixinin ən qanlı cinayəti adlandırıblar. Eyni zamanda bildirilib ki, dövlətimiz apardığı sülhməramlı siyasəti ilə bütün dünya ölkələrinə bir nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri: "Azərbaycanın tolerant mühitinin dünya üçün nümunə olduğunu deməyə haqqımız var”

Xəbərlər
26.10.2018 / 09:35
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə silsilə tədbirlərini davam etdirir

Press-relizlər
26.09.2018 / 15:41
Ətraflı oxu

Zaqatalada “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbiri keçirilib

Press-relizlər
20.02.2018 / 17:59
Ətraflı oxu

Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

Press-relizlər
08.05.2019 / 09:56
Ətraflı oxu

“Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2018 / 17:34
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri Dinşünaslıq ekspertizası şöbəsinin iş prinsipi ilə tanış olublar

Könüllü fəaliyyət
07.09.2020 / 15:32
Ətraflı oxu