Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 23.10.2018 / 09:53

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qazax rayon Ürkməzli  kənd  orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Cüyhun Rüstəmov, Qazax rayon Prokurorluğunun əməkdaşı Qasım Ağayev, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Emin Hüseynzadə, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov Azərbaycan dövlətinin uşaqlara göstərdiyi qayğıdan danışıb. Bildirib ki, uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qazax rayon Prokurorluğunun əməkdaşı Qasım Ağayev Azərbaycanda uşaq hüquqlarının qorunmasından və dini radikal qrupların fəaliyyətinin qarşısının alınmasında dövlət tərəfindən görülən işlərdən danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov isə İslamda uşaq hüquqları və uşaqların tərbiyə olunmasından bəhs edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.12.2017 / 11:46
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Gündüz İsmayılov: "Multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir"

Müsahibələr
01.08.2016 / 16:59
Ətraflı oxu

Komitə sədri Argentina və uruqvaylı jurnalistləri qəbul edib

Xəbərlər
23.07.2019 / 16:40
Ətraflı oxu

Qubada dini ekstremizmlə mübarizə yollarına həsr olunan tədbir keçirilib

Press-relizlər
08.02.2017 / 15:41
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu