Azərbaycan İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib

Press-relizlər / 06.09.2018 / 09:48

Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkə prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. 
Ceyhun Məmmədov Aİİ haqqında ümumi məlumat verərək, institutun fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. Rektor ilk dəfə olaraq islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə tələbə qəbulu həyata keçirən Aİİ-də gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların da açılacağını qeyd edib. C.Məmmədov bildirib ki, qəbul olunan tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və başqa sosial və humanitar elmləri də öyrənmək imkanına malik olacaqlar.
Ceyhun Məmmədov institutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib. Aİİ-nin Qafqazda, eləcə də dünyada qabaqcıl təhsil müəssisəsi olmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor gələcəkdə rus, ingilis və ərəb dillərində qrupların açılacağını, həmçinin xarici ölkə, o cümlədən ərəb ölkələri vətəndaşlarının institutda təhsil almaq imkanına malik olacağını qeyd edib.
Sonra Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Azərbaycanda belə bir təhsil müəssisəsinin fəaliyyətə başlamasından məmnun olduğunu bildirib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb. O, təhsil müəssisəsində İslamla yanaşı, digər dünya dinlərinin tədris edilməsini, o cümlədən fəlsəfə, sosiologiya, məntiq, tarix kimi dünyəvi fənlərin keçirilməsini böyük maraqla qarşılayıb.
Daha sonra səfir institutun kitabxanasını ziyarət edib, kitabxana fondunun zənginləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.


Son baxılan xəbərlər

DQİDK-nın sədri Mübariz Qurbanlı: “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımız tərəfindən yüksək ...

Press-relizlər
13.06.2019 / 10:25
Ətraflı oxu

Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:57
Ətraflı oxu

Bərdədə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
31.01.2019 / 15:22
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan ...

Xəbərlər
09.10.2018 / 14:27
Ətraflı oxu

Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir

Press-relizlər
20.04.2018 / 16:29
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu