“Sülh aylığı” çərçivəsində növbəti tədbir Lənkəranda keçirilib

Press-relizlər / 06.09.2018 / 09:40

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Lənkəran rayonu Osakücə kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, dini icma sədri Rizvan Dadaşov, kənd ağsaqqalları, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva çıxışında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, multikultural və tolerant mühitin mövcudluğundan danışıb. O qeyd edib ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik din siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Z.İsmayılov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülh və vəhdətin olduğunu bildirib.


Son baxılan xəbərlər

Kürdəmirdə “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.12.2018 / 10:25
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb

Xəbərlər
12.06.2018 / 10:01
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 13:53
Ətraflı oxu

Azərbaycandakı dövlət-din münasibətləri nümunəvidir

Press-relizlər
11.01.2018 / 16:24
Ətraflı oxu

Sabunçuda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 14:16
Ətraflı oxu

“Belə hesabatlara etibar etmək olmaz”

Açıqlama
01.08.2014 / 10:13
Ətraflı oxu