Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri dini-tarixi abidələrə həsr olunub

Press-relizlər / 18.10.2018 / 15:22

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr” mövzusunda tədbir keçirilib.

Tədbirdə Aİİ-nin kafedra müdiri fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, tarix elmləri doktoru Qafar Cəbiyev, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, sənətşünaslıq üzrə elmlər doktoru memar Elçin Əliyev iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev idarə edib.

Abidələrin xalqın milli-mənəvi zənginliyini yaşadan tarixi miras olduğunu vurğulayan diskussiya iştirakçıları Ümummili Lider Heydər Əliyevin hakimiyyəti dövründə dini-tarixi abidələrə diqqətin artırıldığını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə dini-tarixi abidələrin bərpası və inşası məhz bu dövrdə başlanıb. Ümummilli Lider tərəfindən başladılan bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirən tədqiqatçılar qısa zaman kəsiyində bir çox məscid, ziyarətgah və məbədlərin təmir və ya inşa olunduğunu nəzərə çatdırıblar. Vurğulanıb ki, sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 2000-dən artıq məscid mövcuddur.

Diskussiyada işğal altında olan abidələrimizdən bəhs edilib. Məruzəçilər bu ərazilərdə məscidlərimizin dağıdıldığını, ermənilərin buradakı Alban Apostol məbədlərini erməni-qriqorian kilsəsinin memarlıq üslubuna uyğunlaşdıraraq, tarixi saxtalaşdırmağa çalışdıqlarını deyiblər. Qeyd olunub ki, əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş bəzi tarixi mədəniyyət abidələrində təxirəsalınmaz təmir işləri aparılmalıdır. Münasibət bildirənlər bu məqsədlə daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, idarə olunması, öyrənilməsi sahəsində qabaqcıl və mütərəqqi təcrübənin tətbiqinin vacibliyini bildiriblər.

Diskussiya Azərbaycanda mövcud olan ən qədim Şamaxı Cümə Məscidi, İçərişəhər tarixi memarlıq abidələri, Atəşgah məbədi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qax rayonunda “Kürmük” məbədi haqqında müzakirələrlə davam edib.

Son baxılan xəbərlər

DQİDK sədri Mübariz Qurbanlı: "Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə beynəlxalq tədbirlər keçirəcək"

Press-relizlər
15.01.2020 / 12:05
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
28.07.2020 / 11:39
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
23.10.2018 / 16:39
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
25.04.2018 / 15:31
Ətraflı oxu

Siyəzəndə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
16.01.2018 / 17:16
Ətraflı oxu