“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 12.09.2018 / 11:38

Sentyabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. İ.Abbasov eyni zamanda, rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən də bəhs edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslam dini cəmiyyətin inkişafında mütərəqqi rol oynayır, eləcə də dinimiz bizim mənəvi tərbiyəmizə və ruhumuza təsir edir. Ulu Öndər Heydər Əliyevin “Dinimiz milli-mənəvi sərvətimizdir” fikrini xatırladan Komitə sədri vurğulayıb ki, xalqımız hər zaman öz milli-mənəvi, o cümlədən dini dəyərlərinə sadiqlik nümayiş etdirir.
İslam dininin elmin, mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini bildirən M.Qurbanlı dinimizin xurafata, dini radikalizmə qarşı olduğunu diqqətə çatdırıb. 
Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və digərləri çıxışlarında qeyd ediblər ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da Aşura mərasimləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək.


Son baxılan xəbərlər

Zaqatalada “Milli-mənəvi dəyərlərimizdə İslam vəhdəti” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər
06.06.2017 / 12:39
Ətraflı oxu

"Oxu!" sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair dəyirmi masa keçirilib

Press-relizlər
08.02.2019 / 17:56
Ətraflı oxu

Beyləqanda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 16:04
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu